Haqqımızda

20 illik onlayn media və 10 illik rəqəmsal reklam təcrübəsi
Agentlik.Az - Azərbaycan internet reklamçılığında yeni tendensiyaları özündə birləşdirən rəqəmsal reklam platformasıdır. Platforma reklam verənlərə 3 fərqli auditoriyanı (ictimai, idman və biznesi) özündə toplayan saytları təqdim edir. Bunlar Qaynarinfo.az, Fanat.az və Valyuta.az saytlarıdır. Bununla belə müştəri arzu edərsə, ona Azərbaycanın digər xəbər resursları da təklif oluna bilər.

Əsas prinsiplərimiz:

Effektivlik

Əsəs məqsədimiz yerləşdirilən reklamların effektiv olması və müştəri məmnuniyyətidir. Sistemin çoxsaylı alətlərindən doğru istifadə etmək və mümkün olan ən yüksək nəticələri əldə etmək üçün tövsiyyələrimizi əsirgəmirik.

Davamlı dəstək

Reklam prosesində ilk addımdan son addıma qədər müştərinin yanındayıq. Texniki dəstək də daxil olmaqla, peşəkar yardım və tövsiyyələrimizə güvənə bilərsiniz.

Yeni ideyalar

Müştərilərin yeni və qeyri-standart ideyalarına da açığıq. Təklif etdiyimiz həllərdən fərqli təklifləriniz varsa, bizimlə müzakirə etməkdən çəkinməyin.

Yeni reklam kampaniyanızı bizə etibar edə bilərsiniz

Effektiv, hədəfə yönəlmiş, hesabatlı və canlı rejimdə idarə edə biləcəyiniz reklamlar üçün ən doğru ünvandasınız!