Dəstək

AGENTLİK.Az NƏDİR?
Agentlik.Az- bir neçə saytı özündə birləşdirən, ağıllı alqoritma ilə çalışan rəqəmsal reklam platformasıdır. Bu sistem vasitəsi ilə siz reklamlarınızı bu saytların ya hamısında, ya bir neçəsində eyni anda yerləşdirib və şəxsi kabinetinizdən idarə edə bilərsiniz. Reklamların statistikası canlı olaraq yenilənir, onlayn hesabatlar təqdim olunur. Siz reklamlarınızı, vaxtınızı və büdcənizi daha effektiv idarə etmək imkanı qazana bilirsiniz.
NECƏ REKLAMA BAŞLAYA BİLƏRƏM?

Reklama başlamaq üçün öncə bizimlə ya sayt vasitəsi ilə, ya da telefonla əlaqə saxlaya bilərsiniz (050 243 00 99). Biz bütün texniki detalları aydınlaşdırandan sonra, sizi şəxsi kabinetlə təmin edə bilərik. Ondan sonra bizim də tam dəstəyimizlə şəxsi kabinetiniz vasitəsi ilə reklamlarınızı idarə edə bilərsiniz. Sizin istəyinizlə, reklamlarınızı biz də yerləşdirə və sonrakı idarəetməni sizə verə bilərik.

ÖDƏMƏNİ NECƏ EDƏ BİLƏRƏM?

Ödəməni aşağıdakı formalarda etmək mümkündür:

1. Plastik kartla - online ödəniş;

2. Müqavilə əsasında - bank köçürmə yolu;

3. Nağd şəkildə.

QİYMƏT NECƏ HESABLANIR?
Agentlik.Az-da reklam qiymətləri sizin seçdiyiniz modelə görə hesablanır: 1. Birbaşa - 100%, 50% və s. 2. CPM-ə görə - ən azı 1 milyonluq göstərim sifarişi. "Birbaşa" reklamlar bizimlə razılaşdırılır, bu qiymətlər reklamın yerləşmə yeri, müddəti və sair amilllərdən asılıdır. "CPM" modeli üzrə qiymətlər Agentlik.Az-ın müvafiq bölməsində yerləşdirilib.
REKLAMLARIM HARADA GÖRÜNƏCƏK?
Reklamlarınız Agentlik.Az-ın əhatə etdiyi 5 saytda (Qaynarinfo.az, Hit.az, Fanat.az, Valyuta.az, ANN.Az) görünə bilər. Siz bu saytlardan birini (məsələn: Qaynarinfo.Az) və ya bir neçəsini seçə bilərsiniz. Eyni kampaniya çərçivəsində bir neçə ölçü seçə və hədəfləmə apara bilərsiniz. Məsələn, Qaynarinfo.Az ana səhifə 300x250, Valyuta.Az mobil 320x100 və s.